20.09.2024
Nino Tsixişvili ilə yeni uğurlara doğru

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi tərəfindən 2024-cü ilin yay aylarında ölkədə gürcü dilinin yüksək səviyyədə tədrisi ilə əlaqədar üçaylıq kurs təşkil edilmişdir. Bu xüsusda, Mərkəzimiz gürcü dili və ədəbiyyatı üzrə peşəkar mütəxəssis, Gürcüstan Respublikasının İvane Cavaxişvili  adına Tbilisi Dövlət Universiteti və Geomedi Universitetinin elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Nino Tsixişvilini dəvət etmişdir.

İyul, avqust və sentyabr aylarında baş tutmuş kurslar müasir və interaktiv tədris metodları ilə aparılmışdır. Nino Tsixişvili gürcü dilinin qrammatikası, lüğəti və gündəlik kommunikasiya bacarıqlarını öyrətməklə yanaşı, iştirakçılara həm də Gürcüstan ədəbiyyatı və mədəniyyəti haqqında təqdimatlar keçmişdir. Onun metodiki yanaşması dil tədrisinin innovativ yollarla necə həyata keçirilə biləcəyini göstərdi.

Tədris kursunun yekununda iştirakçılar gürcü dilində sərbəst ünsiyyət qurma bacarığını qazandılar. Eyni zamanda, gürcü mədəniyyəti ilə tanışlıq tələbələrdə həmin ölkəyə olan marağı artırdı ki, bu da mədəniyyətlərarası mübadiləni təşviq etdi. 

“Nino Tsixişvili ilə yeni uğurlara doğru” layihəsi şirkətimizin dil tədrisi sahəsindəki fəaliyyətini daha geniş müstəvidə tanıtdı.

“Cosmoline” Mərkəzi gələcəkdə də yeni layihələr həyata keçirməyə və daha çox  mütəxəssis dəvət edərək tədris sahəsindəki fəaliyyətini artırmağa davam edəcək. Gürcü dili üzrə əldə etdiyimiz uğur şirkətimizin daha keyfiyyətli dil xidmətləri göstərmə iradəsini yenidən nümayiş etdirdi.