“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi 4 illik təcrübəsi ilə ingilis, rus, gürcü, erməni, fars, fransız və alman dillərində yüksək keyfiyyətli tərcümə xidmətləri təqdim etməklə, geniş spektrdə fəaliyyət göstərir. Mərkəzimiz işgüzar müstəvidə bir çox dövlət müəssisələri, elmi tədqiqat və beyin mərkəzləri, eləcə də media qurumları ilə əməkdaşlıq çərçivəsində tərcümə işləri həyata keçirir.

Bizim missiyamız, üzərində çalışdığımız bütün materialların dil dəqiqliyi və məzmun uyğunluğu ilə tərcümə edilməsidir.

Mərkəzimizdə çalışan peşəkar mütəxəssislər tərəfindən müqavilə əsasında daxil olan ingilis, rus, gürcü, erməni, fars, fransız və alman dillərində istənilən sənədləri, həmçinin, yazılı və audiovizual materialları yüksək səviyyədə tərcümə edilir. Eyni zamanda, Azərbaycan dilində daxil olan sənədlərin də qeyd olunan xarici dillərə tərcümə xidməti həyata keçirilir. Tərcümə prosesində dilin incəlikləri və mətnin kontekstə uyğunluğu prioritet olaraq saxlanılır. Hər bir tərcümə layihəsi, çoxsaylı yoxlama və redaktə prosedurları ilə icra edilir.

Bununla yanaşı, mərkəzimizdə gənc mütəxəssislərin xarici dil biliklərinə yiyələnməsi üçün peşəkar tədris kursları keçirilir. Sözügedən kurslar ixtisaslaşmış müəllimlər tərəfindən tələbələrin nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlmiş metodlarla həm gündəlik istifadəyə, həm də işgüzar və akademik kontekstlərə yönəlmiş metodları ehtiva edir. Bu üsulla onlar dilin mədəni və sosial aspektlərini dərindən öyrənirlər.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi müasir tələblərə cavab verən innovativ yanaşma tətbiq edərək, bizi tərcümə və tədris, eləcə də araşdırma sahəsində yüksək ixtisaslaşmış xidmət təqdim edən bir qurum kimi fərqləndirir.