CTAM Gənclər gününə həsr olunmuş tədbirdə
"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti Həsən Əhmədov Qərbi Azərbaycan İcmasının və Milli Məclisin Gənclər və idman komitəsinin 2 fevral Gənclər gününə həsr etdiyi tədbirdə iştirak etmişdir. Tədbirdə iştirak edən QAİ-nin İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, akademik Əhliman Əmiraslanov, QAİ-nin Gənclər Şurasının və MM-nin Gənclər və idman komitəsinin sədri, millət vəkili Şahin İsmayılov, millət vəkilləri Naqif Həmzəyev, Səbinə Xasayeva, Eyvaz Qurbanov, Tənzilə Rüstəmxanlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Azərbaycan gəncliyinə fəaliyyətlərində uğurlar arzulamışdır.
Bununla yanaşı, gənclərin adından çıxış edən Mərkəzimizin eksperti Azərbaycan gəncliyinin Qərbi Azərbaycana qayıdış məsələsində öz üzərlərinə düşən öhdəliklərin fərqində olduğunu və bu məsələnin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün daima çalışacaqlarını bildirmişdir.
Yekunda QAİ-nin fəaliyyətlərində xüsusi aktivlik göstərmiş 15 gənc və 10 Gənclər Təşkilatı təltifnamə ilə mükafatlandırılmışdır.