CTAM Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş tədbirdə
"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti Həsən Əhmədov Sumqayıt şəhər İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin və ədliyyə müşaviri, millət vəkili Səbinə xanım Salmanovanın dəvəti ilə Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. "Sumqayıt şəhərinin inkişafında Qərbi azərbaycanlıların iştirakı" mövzusunda keçirilmiş tədbirdə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri Hikmət Babaoğlu, Tənzilə Rüstəmxanlı, Məlahət İbrahimqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova və QAİ-nin Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov iştirak etmişdir.
Tədbir zamanı ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin sədr müavini Möhübbət Məmmədov və H.Əhmədov arasında ikitərəfli əməkdaşlıq haqqında razılaşmalar əldə olunmuşdur.