16.02.2026
“Erməni Dili üzrə sertifikatlı Təcrübə Proqramı”na Qəbul Başladı!

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi erməni dili üzrə biliklərini praktik mühitdə inkişaf etdirmək istəyən şəxslər üçün 3 aylıq təcrübə proqramına start verir.

Həmin proqram, əsasən, erməni dili üzrə baza biliyi olan və bu sahədə real təcrübə qazanmaq, tərcümə və analitik bacarıqlarını inkişaf etdirmək istəyən gənclər üçün nəzərdə tutulub. 

🎯 Təcrübə proqramının məqsədi:

İştirakçılara erməni dilində mətnlərlə işləmək, yazılı və şifahi tərcümə bacarıqları, terminoloji baza və praktik iş vərdişləri qazandırmaq.

⏱ Proqramın formatı:

* Müddət: 3 ay

* Həftədə 2 dəfə, hər dərs 1.5 saat

* Həftədə 1 dəfə əlavə danışıq/praktika sessiyası

* Ayda 1 dəfə qiymətləndirmə sınağı

* Proqram boyu real mətnlər üzərində praktiki tapşırıqlar

* Bütün iş materialları Mərkəz tərəfindən təmin olunur


🏅 Proqramın yekununda təcrübəni uğurla tamamlayan iştirakçılar:

– erməni dili üzrə praktik iş təcrübəsi əldə edir;

– CTAM tərəfindən rəsmi sertifikat ilə təmin olunur;

– gələcəkdə tərcümə və analitik sahələrdə işləmək üçün real baza qazanır;


📌 Qeydiyyat:

Müraciət üçün:

🔗 cosmoline.info/az/contact

Formanın “mesajınız” hissəsində qeyd edin:

* Ad, soyad və ata adı

* Doğum tarixi

* Təhsil aldığınız ali məktəb və ixtisasınız

* Erməni dili üzrə mövcud bilik səviyyəniz

* Təcrübə proqramında iştirak məqsədiniz (qısa)

* CV nümunəniz

📞 Əlaqə:

+994 (51) 648-43-56 (WhatsApp)

Qeyd:

Təcrübə proqramına qəbul ilkin müsahibə əsasında təyin ediləcək.

Müraciət edən şəxslər CV-lərini sayt üzərindən yükləyə bilmədikləri halda, qeyd olunan əlaqə nömrəsinə məxsus “WhatsApp” hesabı vasitəsilə göndərə bilərlər.