“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin əməkdaşı, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədov Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birlikdə Aşıq Ələsgərin yeni açılmış abidəsini ziyarət etmişdir.
Tədbirdə iştirak edən Qərbi
Azərbaycan İcmasının İdarə heyətini sədri, millət vəkili Əziz Ələkbərli bu abidəni
Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmət əlaməti kimi qiymətləndirmişdir.
Sözügedən şəxs Qərbi azərbaycanlıların Aşıq Ələsgərin ermənilər tərəfindən
dağıdılan abidəsinin bərpa olunacağı günü və Göyçə mahalının Ağkilsə kəndində belə bir tədbirin keçirilməsini səbirsizliklə gözlədiyini diqqətə çatdırmışdır.