CTAM “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik” kitabının təqdimatında
11
iyun tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident
Kitabxanasında tarixçi-alim, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin
rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Heydər Əliyevin Qərbi Azərbaycan
siyasəti: Tarixi və siyasi varislik” kitabının təqdimatı keçirilmişdir.
“Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən
Əhmədov tədbirdə iştirak etmişdir. Çıxışçılar, Prezident Kitabxanasının
direktoru, professor Afət Abbasova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Mahirə Hüseynova, ADPU-nun rektoru Cəfər Cəfərov, Milli Məclisin
deputatları Sadiq Qurbanov, Rizvan Nəbiyev, Pərvin Kərimzadə, Məlahət
İbrahimqızı, Azər Allahverənov, tarixçi alimlər Nazim Mustafa və Cəbi Bəhramov
Ulu öndər Heydər Əliyevin Qərbi azərbaycanlıların deportasiyası məsələsinə və
tarixi ədalətin bərpası istiqamətində görülən işlərə xüsusi həssaslıqla
yanaşdığını səsləndirmişlər.
Yekunda,
tədbir iştirakçıları sözügedən kitabın Qərbi Azərbaycan məsələsinə xüsusi töhfə
verəcəyini və belə kitabların daha çox yazılmasının bu istiqamətdə aparılan araşdırmalara
müsbət təsir göstərəcəyini bildirmişlər.