11.06.2026
CTAM “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik” kitabının təqdimatında

11 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında tarixçi-alim, ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik” kitabının təqdimatı keçirilmişdir.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədov tədbirdə iştirak etmişdir. Çıxışçılar, Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, ADPU-nun rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Rizvan Nəbiyev, Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Azər Allahverənov, tarixçi alimlər Nazim Mustafa və Cəbi Bəhramov Ulu öndər Heydər Əliyevin Qərbi azərbaycanlıların deportasiyası məsələsinə və tarixi ədalətin bərpası istiqamətində görülən işlərə xüsusi həssaslıqla yanaşdığını səsləndirmişlər.

Yekunda, tədbir iştirakçıları sözügedən kitabın Qərbi Azərbaycan məsələsinə xüsusi töhfə verəcəyini və belə kitabların daha çox yazılmasının bu istiqamətdə aparılan araşdırmalara müsbət təsir göstərəcəyini bildirmişlər.