• Ana səhifə
  • Haqqımızda
  • Xidmətlərimiz
    Tərcümə Araşdırma
  • Vakansiyalar
    Vakansiyalar Layihələr
  • Xəbərlər və araşdırmalar
  • Əlaqə

Xəbərlər və araşdırmalar

Ana səhifə/Xəbərlər və araşdırmalar

02.06.2026
CTAM “Qayıdış Hüququ” adlı kitabın təqdimat mərasimi və eyni mövzuya həsr olunmuş dəyirmi masada

02 iyun 2026-cı il tarixində “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədov sənətşünas Qalib Qasımovun müəllifi olduğu “Qayıdış Hüququ” adlı kitabın təqdimat mərasimində və eyni mövzuya həsr olunmuş dəyirmi masada iştirak etmişdir.

Tədbirdə AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Milli Məclisin deputatları Qaya Məmmədov və Sahib Əliyev, hüquq elmləri doktoru, professor Zahid Cəfərov, hüquqşünas Rəvan Həsənov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, professor Elxan Hüseynov, eləcə də tarixçilər Nazim Mustafa və Cəbi Bəhramov çıxış edərək belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışlar.

Bundan əlavə, çıxışçılar qayıdış hüququna həsr olunmuş fundamental əsərlərin hazırlanmasının beynəlxalq hüququn prinsiplərinin müdafiəsi və tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişlər.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparmışlar.


Bizi sosial şəbəkələrdə izləyin

Bizimlə əlaqə

Ünvan: 95 Heydər Əliyev Prospekti, Baku , Azerbaijan

Elektron poçt ünvanı: office@cosmoline.az

Telefon: (+994) 51 648 43 56

Copyright ©