• Ana səhifə
  • Haqqımızda
  • Xidmətlərimiz
    Tərcümə Araşdırma
  • Vakansiyalar
    Vakansiyalar Layihələr
  • Xəbərlər və araşdırmalar
  • Əlaqə

Xəbərlər və araşdırmalar

Ana səhifə/Xəbərlər və araşdırmalar

17.10.2024
CTAM İRƏVAN AZƏRBAYCANLI PEDEQOJİ MƏKTƏBİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti Həsən Əhmədəv Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın dəvəti ilə sözügedən məktəbin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir.

Tədbir zamanı Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri Hikmət Babaoğlu və Məlahət İbrahimqızı, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov, pedaqogika elmləri doktoru, professor Həsən Bayramoğlu və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Leyla Calalova adı çəkilən məktəbin Azərbaycan təhsil sistemində tutduğu yer haqqında iştirakçıları məlumatlandırmışlar.

Tədbrin sonunda H.Babaoğlu, ermənişünas Alı Alıyev və Mərkəzimizin əməkdaşı H.Əhmədov arasında gələcəkdə birgə fəaliyyətlərin icra edilməsi üçün görüşlərin keçirilməsi planlaşdırılmışdır.


Bizi sosial şəbəkələrdə izləyin

Bizimlə əlaqə

Ünvan: 95 Heydər Əliyev Prospekti, Baku , Azerbaijan

Elektron poçt ünvanı: office@cosmoline.az

Telefon: (+994) 51 648 43 56

Copyright ©